Yolverilən limitlərdən kənaraçıxmanın olub-olmamasını aydınlaşdırmaq üçün çıxımlar yoxlanmalı və material balansı aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Qarışıq salma və ya çarpaz çirklənmə risklərinin olmadığı hallar istisna olmaqla, eyni sahədə, eyni anda və ya ard-arda müxtəlif məhsullarla əməliyyatlar aparılmamalıdır. İstehsalın hər bir mərhələsində məhsul və materiallar mikrobioloji və ya digər çirklənmələrdən qorunmalıdır.