İstənilən dəyişikliyin tətbiqindən sonra sözügedən dəyişikliyin məqsədinin təmin edildiyi və məhsulun keyfiyyətinə heç bir zərərli təsirin olmadığı qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Kənaraçıxmaların, məhsula dair uyğunsuzluqların və digər problemlərin tədqiqi zamanı əsas səbəbin araşdırılması aparılmalıdır. Bunu keyfiyyətə dair risklərin idarə edilməsi prinsiplərindən istifadə etməklə müəyyənləşdirmək olar.