Keyfiyyətin yoxlanılması şöbəsinin müdirinin cavabdehlikləri açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Keyfiyyətin yoxlanılması şöbəsinin müdirinin cavabdehlikləri aşağıdakılardır:

– başlağıc və qablaşdırma materialları, aralıq məhsullar, yarımfabrikatlar və hazır məhsulların uyğunluğunu təsdiq və ya inkar etmək;

– sınaqların keçirilməsi və müvafiq qeydlərin qiymətləndirilməsini təmin etmək;

– spesifikasiyalar, nümunələrin götürülməsinə dair təlimatlar, sınaq üsulları və digər Keyfiyyətin yoxlanılması prosedurlarını təsdiq etmək;

– müqavilə əsasında sınaqların keçirilməsinə cəlb olunan mütəxəssislərin təsdiqi və onlara nəzarət etmək;

– şöbəsindəki avadanlıq və sahələrin kvalifikasiya və onlara texniki qulluq olunduğuna təminat vermək;

–  müvafiq validasiyaların yerinə yetirildiyinə təminat vermək;

– şöbəsinin işçilərinin ilkin və periodik təlimlərdən keçməsi və bu təlimlərin ehtiyaca uyğunlaşdırılmasını təmin etmək.