Ofeliya Sənaninin səhhətində ciddi narahatlıq yoxdur.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında tanınmış diktor Xalq artisti Ofeliya Sənaninin qardaşı deyib.

O bildirib ki, ötən gün ani olaraq qan təzyiqi qalxan Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Xalq artistinin sabah xəstəxanadan evə buraxılmasının planlaşdırıldığı vurğulanıb.