Qəbul və buraxılma sahələri material və məhsulları hava şəraitinin təsirlərindən qorumalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Qəbul sahələri lazım gələrsə saxlanmadan əvvəl daxil olan yükün təmizlənməsinə uyğun şəkildə layiləndirilməli və təchiz olunmalıdır. Əgər karantin şəraiti məhsulu ayrılmış sahələrdə saxlanmaqla təmin edilirsə sözügedən sahələr aydın şəkildə işarələnməli və onlara giriş icazəsi yalnız buna səlahiyyəti olan işçilərə verilməlidir. Fiziki karantini əvəz edən istənilən sistem ekvivalent təhlükəsizliyi təmin etməlidir.