Keyfiyyəti İdarəetmə Sisteminə daxil olan bütün sənədlərə mütəmadi olaraq yenidən baxılmalı və aktuallaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Qüvvədən düşmüş sənədlərin istifadəsinə yol verilməməlidir. Sənədlər əlyazma şəklində olmamalıdır. Lakin, əgər sənədə əlyazma ilə hər hansı məlumat daxil edilməlidirsə bunun kifayət qədər boş yer qoyulmalıdır. Əlyazma ilə aparılan qeydlər aydın, oxunan və silinməyən olmalıdır.