Müvafiq qaydada sənədləşmə keyfiyyətə təminatın mühüm hissəsi olub Eibarlı İstehsalat Təcrübəsi (EİT) tələblərinə uyğun fəaliyyət göstərməyin əsas şərtlərindəndir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstehsalçının Keyfiyyəti İdarəetmə Sistemində aydın şəkildə istifadə olunan sənədlər və informasiya daşıyıcıları təyin olunmalıdır. Sənədləşmə kağız, elektron, şəkil və s. kimi bir sıra formalarda ola bilər. Sənədləşmə sisteminin istifadəsinin əsas məqsədi dərman vasitələrinin keyfiyyətinə dolayı və ya birbaşa təsir edə biləcək bütün fəaliyyətləri qurmaq, nəzarət etmək, monitorinqini və qeydiyyatını aparmaqdır.