Sahələrdə işıqlandırılma, temperatur, rütubət, havalandırma təyinata uyğun olmalı və istər istehsal və saxlanma zamanı dərman vasitələrinə, istərsə də avadanlıqların düzgün fəaliyyətinə mənfi təsir etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Sahələr onlara həşəratların və heyvanların girməsinin qarşısını alacaq şəkildə layihələndirilməli və təchiz olunmalıdır.