Hər bir istehsal olunan seriyaya dair qeydlər saxlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Sözügedən qeydlər təsdiq edilmiş istehsal formulu və istehsal prosesinə dair təlimatların müvafiq bölmələrinə uyğun olmalı və aşağıdakı məlumatları özündə əks etdirməlidir:

– məhsulun adı və seriya nömrəsi;

– istehsalın, eləcə də əsas aralıq mərhələlərin başlama və bitmə tarixləri və vaxtı;

– hər bir əhəmiyyətli mərhələni yerinə yetirən operatorların inisialları və aidiyyəti üzrə bu əməliyyatları yoxlayan yoxlayan şəxslərin inisialları;

– seriya nömrəsi və / və ya analitik yoxlama nömrəsi, eləcə də istifadə edilən hər bir başlanğıc materialın miqdarı (seriya nömrəsi, həmçinin yenidən işlənib hazırlanmış və ya bərpa olunmuş materiallar daxil olmaqla);

– istehsal prosesinə dair bütün əməliyyatlar və ya hadisələr və istifadə edilən əsas avadanlıqlar;

– əməliyyatı yerinə yetirən şəxslərin inisialları və aşkar olunan nəticələr də göstərilməklə prosesdaxili yoxlamalara dair qeydlər;

– istehsalın müxtəlif mərhələlərində məhsulun çıxımı;

– imza ilə təsdiq edilmiş, istehsal formulu və istehsala dair təlimatlardan hər hansı kənaraçıxmalar ilə əlaqədar problemlər;

– tarix də göstərilməklə istehsal prosesinə görə cavabdehlik daşıyan şəxslərin imzası.