Təşkilati tədbirlərin nələri əhatə etdiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Təşkilati tədbirlər aşağıdakıları əhatə edir:
– effektivliyi validasiya olunmuş təmizləmə prosesi ilə davam edən kampaniyalar əsasında (zamana görə ayrılma) bütün və ya avtonom istehsal sahəsinin ayrılması;
-yüksək çarpaz çirklənmə riski olan məhsullarla iş sahələrində xüsusi qoruyucu geyimlərin sahə daxilində saxlanması;
– məhsulun hər bir istehsal kampaniyasından sonra təmizləmənin verifikasiya olunması yüksək risk təşkil edən məhsullar üçün keyfiyyətə dair risklərin idarə edilməsinin effektivliyinin təmininə yardımçı olan əsas yollardan biridir;
– çirklənmə riskindən asılı olaraq məhsulla təmasda olmayan səthlərin təmizlənməsinin verifikasiyası, hava və ya mexaniki transfer yoluyla çirklənmənin qarşısının alınması istiqamətində görülən tədbirlərin effektivliyini nümayiş etdirmək məqsədi ilə istehsal və / və ya qonşu zonaların havasının monitorinqinin aparılması;
– tullantılar, çirkli sular və geyimlərlə davranışa dair tədbirlər;
– dağılma, səpilmə kimi gözlənilməz hadisələrin və prosedurdan kənaraçıxmaların qeydiyyatı;
– sahələr və avadanlıqlar üçüntəmizləmənin özü-özlüyündə çarpaz çirklənmə riski təşkil etmədiyi təmizləmə proseslərinin işlənib hazırlanması;
– təmizləmənin təsdiq edilmiş prosedurlara əsasən yerinə yetirildiyinə zəmanət vermək məqsədi ilə təmizləmə prosesi üçün təfsilatlı qeydlərin hazırlanması, həmçinin avadanlıqlar və istehsal sahələrində xüsusi etiketlərlə təmizlik statusunun göstərilməsi;
– ümumi yuma sahələrinin kampaniya prinsipinə əsasən istifadəsi;
– təlimlərin effektivliyi və prosedurlara uyğun nəzarətin aparıldığına əmin olmaq məqsədi ilə işçilərin fəaliyyətlərinə nəzarət edilməsi.