“a” bəndinə nələrin aid olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
– ağır dərəcəli (4-cü funksional sinif) ürək çatışmazlığı ilə müşayiət olunan ürək xəstəlikləri;
– III-IV funksional sinif ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin təcrid olunmuş aortal qüsurları;
– perikardın geniş obliterasiyası;
– sol atrioventrikulyar dəliyin təcrid olunmuş stenozu;
– dilyatasion və restriktiv kardiomiopatiya, sol mədəciyin çıxarıcı traktının obstruksiyası ilə müşayiət olunan hipertrofik kardiomiopatiya;
– I–IV FS ürək çatışmazlığı olduqda, ürəyin qapaq aparatında aparılmış cərrahi müdaxilənin, süni ritm mənbəyinin (kardiostimulyatorun) implantasiyasının nəticələri;
– ürək ritminin və keçiriciliyin müalicə olunmayan davamlı pozulmaları (tam AV-blokada, Morqani-Adams-Stoks sindromu və ya II-IV FS ürək çatışmazlığı ilə II dərəcəli AV-blokada, B.Lown təsnifatına görə III-V dərəcə mədəcik ekstrasistoliyası, paroksizmal mədəcik taxiaritmiyaları, sinus düyününün zəifliyi sindromu;
– həyati təhlükə yarada biləcək ventrikulyar taxikardiya və ventrikulyar fibrillyasiya kimi ventrikyulyar aritmiyaların kateter ablyasiya müalicəsi;
– bruqada sindromu;
– sağ mədəciyin aritmogen displaziyası.