Qeydlər hər bir fəaliyyətin yerinə yetirilməsi zamanı, dərman vasitələrinin istehsalı ilə bağlı bütün əhəmiyyətli fəaliyyətlər izləniləbiləcək şəkildə aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Sənədlərə edilən istənilə düzəliş imzalanmalı və tarix qeyd olunmalıdır; düzəliş elə qaydada edilməlidir ki, əvvəlki məlumat oxuna bilsin. Aidiyyəti üzrə düzəlişin səbəbi də göstərilməlidir. Hər bir istehsal fəaliyyətinə dair qeydlər və onların saxlanma yeri aydın şəkildə təyin edilməlidir. Saxlanma müddəti ərzində qeydlərin tamlığının qorunub saxlanması üçün müvafiq tədbirlər görülməli və lazım gəldikdə validasiya olunmalıdır.