Bir qayda olaraq nümunələrin götürülməsi üçün ayrılmış xüsusi sahə olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Əgər nümunələr saxlanma sahəsində götürülürsə, bu proses çirklənmənin və çarpaz çirklənmənin qarşısını alacaq şəkildə aparılmalıdır. Ləğv olunmuş, geri çağırılmış və ya geri qaytarılmış material və ya məhsullar üçün xüsusi saxlanma sahələri ayrılmalıdır. Yüksək aktivliyə malik material və ya məhsullar təhlükəsiz və qorunan yerlərdə saxlanmalıdır.