Balağa (camış balasına) görə də subsidiya veriləcək.

Heftelik.az-ın məlumatına görə,  bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər heyvan subsidiyası yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya olub.

Heyvan subsidiyası hər bir sağlam balağa (camış balasına) görə 100 (yüz) manat məbləğində müəyyən edilib.