Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə cəlb olunacaqlar.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi təklif olunur. Milli Məclis qanun layihəsini birinci ooxunuşda qəbul edib. Müzakirələr zamanı deputatlar tərəfindən hərbi xidmət müddətinin də azaldılmasının, bu müddətin ali təhsilli çağırışçılar üçün 6 ay, digər hallarda isə 12 ay olması barədə təkliflər səsləndirilib.