İşçi düşdüyü halda yaranan dinamik (dartılma) qüvvənin tədricən (rəvanlıqla) ötürülməsi üçün sığortalayan, işçinin düşəcəyi hündürlüyün təxminən 1/3-nə bərabər məsafə qədər kanatı tormoz sistemindən sərbəst buraxmaq yolu ilə əvvəlcə kanatı bir qədər zəiflədib buraxmalı, daha sonra işçinin düşməsini dayandırmalı və onun tutub saxlanılmasını təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.