Kontakt linzalardan istifadə edən şəxslərin görmə itiliyi hərbi xidmətkeçməyə mane olmayan adi eynəkləri olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Hərbi xidmətə çağırış zamanı buynuz qişada və ya sklerada optikorekonstruktiv cərrahiyyə əməliyyatları keçirmiş şəxsdə (hərbi xidmətə çağırılan vətəndaşlar və müddətdən artıq həqiqi hərbi xidmətə daxil olan şəxslər) əməliyyatdan 6 aydan az vaxt keçmişdirsə, hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.