“Çelsi”nin və Ukrayna millisinin futbolçusu dopinq testi müsbət çıxan futbolçusu Mixail Mudrik bir müddət “Çelsi” ilə matçlara çıxmayacaq.

Heftelik.azın Apasport.az-a istinadən verdiyi məlumata görə, dopinq testinin müsbət çıxdığı barədə futbolçuya xəbərdarlıq edildikdən sonra müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.

23 yaşlı futbolçu özü də bu barədə açıqlama verib: “Təqdim etdiyim nümunədə qadağan olunmuş maddə tapıldığını qəbul edirəm. Bu mənim üçün şok oldu, çünki mən heç vaxt bilərəkdən qadağan olunmuş maddədən istifadə etməmişəm. Heç bir qayda pozmamışam. Bunun necə baş verdiyini anlamaq üçün komandamla birlikdə araşdırma aparacağıq. Bilirəm ki, heç bir səhv etməmişəm və ümid edirəm ki, ən qısa zamanda meydana qayıdacağam”.

Qeyd edək ki, Mudrikdən növbəti test götürüləcək. Yenidən pozitiv nəticə olsa, oyunçu uzun müddətlik diskvalifikasiya olunacaq. Ukrayna millisinin üzvünün 4 illik cəza alacağı gözlənilir.