Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.

Heftelik.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, hadisə skuterə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində olub.

Petrenko bildirib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb. Hadisə yerində müstəntiqlər, kriminoloqlar və əməliyyat xidmətləri işləyir. Cinayətin bütün halları müəyyən edilib.

***

saat 08.38

Bu gün səhər saat 06.00 radələrində Moskvanın Nijni Novqorod rayonunda Ryazanski prospektində binallardan birinin həyətində partlayış törədilib.

Heftelik.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, binanın çıxışına qoyulan partlayıcı qurğunun işə salınması nəticəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb.

İlkin məlumata görə, ölənlər Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisidir.

Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.