Orta qulağın xroniki xəstəlikləri ilə şəhadətləndirilənlərə müalicə təklif olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

“a” bəndinə aşağıdakılar aiddir:

– burun tənəffüsünün davamlı çətinləşməsi ilə müşayiət olunan ikitərəfli və ya birtərəfli xroniki irinli orta otit;

– əməliyyatdan sonrakı boşluğun natamam epidermizasiyası və boşluqda irin, qranulyasiyalar və ya xolesteatom kütlələrin olması ilə müşayiət olunan orta qulağın xroniki xəstəliklərinin cərrahi müalicəsindən sonrakı hallar;

– “Xəstəliklər cədvəli”nin I-II qrafaları üzrə şəhadətləndirilənlərdə qulaq pərdəsinin ikitərəfli davamlı quru perforasiyası və ya əməliyyatdan sonrakı boşluğun tam epidermizasiyası müşahidə olunan hər iki qulaqda radikal cərrahiyyə əməliyyatlarından sonrakı hallar.