Problemin əsl səbəbini təyin etmək mümkün olmadıqda ehtimal olunan ən yaxın səbəb müəyyənləşdirilərək aradan qaldırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Səbəbin insan faktoru olduğu ehtimal olunarsa və ya təsdiqlənərsə, bu, proses, prosedur və ya sistem xətaları və ya problemlərinin ətraflı araşdırıldığına əmin olduqdan sonra ətraflı şəkildə əsaslandırılmalı və sübut olunmalıdır. Araşdırmanın nəticələrinə əsasən müvafiq düzəlişedici və (və ya) qabaqlayıcı tədbirlər təyin olunmalı və görülməlidir. Sözügedən fəaliyyətlərin effektivliyi risklərin idarə edilməsi prinsiplərinə əsasən yoxlanılmalı və qiymətləndirilməlidir.