Hər bir istehsal olunan seriya və ya onun bir hissəsi üçün seriyanın qablaşdırmasına dair qeydlər saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Sözügedən qeydlər qablaşdırmaya dair təlimatın müvafiq hissəsinə əsaslanmalıdır. Seriyanın qablaşdırmasına dair qeydlərə aşağıdakı məlumatlar daxil edilməlidir:
– məhsulun adı və seriya nömrəsi;
– qablaşdırma əməliyyatlarının yerinə yetirilmə tarixi və vaxtı;
– prosesin hər bir mühüm mərhələsini yerinə yetirən operatorların inisialları və aidiyyəti üzrə bu əməliyyatları yoxlayan şəxslərin inisialları;
– prosesdaxili yoxlamaların nəticələri də daxil olmaqla qablaşdırmaya dair təlimatlara əsasən eyniliyin və uyğunluğun yoxlanılmasına dair qeydlər;
– istifadə olunan avadanlıqlar və qablaşdırma xətləri də göstərilməklə yerinə yetirilən qablaşdırma əməliyyatlarının təfsilatlı təsviri;
– aidiyyəti üzrə seriya nömrəsi, yararlıq müddəti və digər markalanmaları ilə birlikdə istifadə edilən çap olunmuş qablaşdırma materiallarının nümunəsi;
– imza ilə təsdiq edilərək icazə verilən qablaşdırmaya dair təlimatlardan hər hansı kənaraçıxmalar, problemlər və ya nəzərdə tutulmayan hadisələr barədə ətraflı məlumat;
– buraxılan, istifadə və ya məhv edilən, anbara geri qaytarılan bütün çap olunan qablaşdırma materiallarının və yarımbarikatların miqdarı, eynilik və ya istinad nömrəsi, eləcə də müvafiq balansın qurulması üçün hazır məhsulun miqdarı;
– tarix də göstərilməklə qablaşdırma prosesindən məsul şəxsin imzası.