İstehsalçı, texniki qulluq və təmizlik işçiləri də daxil olmaqla istehsalat və saxlanma sahələri, Keyfiyyətin yoxlanılması laboratoriyasında çalışan, eləcə də fəaliyyətləri məhsulun keyfiyyətinə təsir edə biləcək bütün işçilərin təlimlərdən keçmələrini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Keyfiyyəti İdarəetmə Sistemi və EİT ilə əlaqədar əsas nəzəri və təcrübi təlimlərlə yanaşı yeni işə qəbul olmuş işçilər onlara təyin olunan vazifələri yerinə yetirmək üçün müvafiq təlimlərdən keçməlidirlər. Təlimlərin keçirilməsi davamlı xarakter daşımalı və onların praktiki effektivliyi periodik olaraq qiymətləndirilməlidir.