Çarpaz çirklənmənin qarşısının alınması istiqamətində görülən işlər və onların effektivliyi təyin olunmuş prosedurlara əsasən mütəmadi olaraq yoxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Validasiya tədbirləri EİT tələblərinə və təyin edilmiş prosedurlara əsasən aparılmalı, nəticələr və yekunlar rəsmi qaydada sənədləşdirilməlidir. Yeni istehsal formulu və ya üsul tətbiq edildikdə bunun seriyalarla istehsal üçün uyğun olduğu nümayiş etdirilməlidir. Sübut edilməlidir ki, sözügedən proses nəzərdə tutulan material və avadanlıqlardan istifadə zamanı məhsulun daim tələb olunan keyfiyyətdə istehsalına imkan verir.