Quru məhsul və materiallarla, xüsusilə də yüksək aktivliyə malik və həssaslığı artıran maddələrlə iş zamanı tozun əmələ gəlməsi və yayılmasının qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstehsal müddəti ərzində bütün materiallar, yarımfabrikatlar üçün qablar, əsas avadanlıqlar və aidiyyəti üzrə istifadə edilən sahələr istehsal edilən material və ya məhsulun adı, dozası və seriya nömrəsi barədə məlumatları özündə əks etdirən etiket və ya hər hansı digər yolla markalanmalıdır. Uyğun olduğu halda sözügedən markalanmada istehsalın mərhələsi də göstərilməlidir.