Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.