Dekabrın 17-si saat 17 radələrində Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə ibrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

 

***

17 dekabr, saat 22.54

Bu gun saat 20 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirilib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, E.İbrahimovanı qətlə yetirməkdə şübhəli bilinən tanışı 29 yaşlı İgid Rəcəbzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.