Banklar bunları etməlidir

18 Dekabr 2024, 06:25

Banklar tərəfindən ÖS-Bank-1; ÖS-Bank-2; ÖS-Bank-3; ÖS-Bank-4; ÖS-Bank-5; ÖS-Bank-6; ÖS-Bank-7; ÖS-Bank-8; ÖS-Bank-9; ÖS-Bank-10; ÖS-Bank-11; ÖS-Bank-12; ÖS-F-1; ÖS-F-2; ÖS-F-3; ÖS-F-4 hesabat formaları aylıq əsasda elektron formada hesabat dövründən sonrakı ayın 7 (yeddi) iş günü, ÖS-Bank-13; ÖS-Bank-14; ÖS-Bank-15; ÖS-Bank-16; ÖS-Bank-17 hesabat formaları isə rüblük əsasda elektron formada hesabat dövründən sonrakı ayın 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Ödəniş təşkilatı tərəfindən ÖS-ÖXT-1 və ÖS-ÖXT-4 hesabat formaları istisna olmaqla bu Təlimatın 4-cü hissəsində müəyyənləşdirilən digər bütün hesabat formaları Mərkəzi Banka təqdim edilməlidir. ÖS-ÖXT-2; ÖS-ÖXT-3; ÖS-ÖXT-5; ÖS-ÖXT-6; ÖS-ÖXT-7; ÖS-ÖXT-8; ÖS-F-1; ÖS-F-4 hesabat formaları aylıq əsasda elektron formada hesabat dövründən sonrakı ayın 7 (yeddi) iş günü ərzində, ÖS-ÖXT-9; ÖS-ÖXT-10 hesabat formaları isə rüblük əsasda elektron formada hesabat dövründən sonrakı ayın 10 (on) iş günü ərzində təqdim edilməlidir.