Cərrahiyyə əməliyyatından sonra hərbi xidmətə yararlılıq kateqoriyası gözün funksiyalarının vəziyyətindən, buynuz qişa qalınlığından və əməliyyata qədər göz almalarının ultrasəs biometriyasının nəticələrindən, sənədlə təsdiq olunmuş ametropiya dərəcəsindən asılı olaraq “Xəstəliklər cədvəli”nin müvafiq maddəsi üzrə təyin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.