Çarpaz çirklənmənin qarşısının alınması istiqamətində görülən tədbirlər risklərə uyğun olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Risklərin qiymətləndirilməsi və idarə edilməsi zamanı keyfiyyətə dair risklərin idarə edilməsi prinsipləri istifadə edilməlidir. Riskin səviyyəsindən asılı olaraq bəzi dərman vasitələri ilə çarpaz çirklənmənin qarşısını almaq məqsədi ilə istehsal və (və ya) saxlanma sahələrinə aid ərazilərin və avadanlıqların ayrılmalıdır.