Əgər kanatı iki anker nöqtəsindən birinə bağlayırlarsa, ikinci anker nöqtəsi birincidən yuxarıda yerləşməli, onlar arasındakı bucaq isə 30°-dən böyük olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Kanatla yanaşma sistemi işçinin iş yerinə yanaşması və geri dönməsi, meydança üzərinə çıxması və iş mövqeyinin (pozisiyasının) dəyişməsini təmin edir, dayanmaq və lazımi pozisiyada durmaq imkanı verməklə, onu hündürlükdən düşməkdən qoruyur, lazım olduqda xilasını təmin edir.