Bəzi hallarda hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış, hərbi xidmət vəzifələrini yerinə yetirmək qabiliyyətini saxlamış zabitlər, süni kardiostimulyatorun implantasiyasından, kateter ablasiyası sonra “c” bəndi ilə şəhadətləndirilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Sol və ya sağ mədəciyin anevrizması, aorta anevrizması, Valsalva sinus anevrizması və sinə ağrısı ilə, cərrahi müdaxilə ilə və ya olmadan ritm pozuntusuna səbəb olan koronar arteriya ektaziyası “c” bəndi ilə şəhadətləndirilə bilərlər.