Keyfiyyətə dair risklərin idarə olunmasının əsas prinsipləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Keyfiyyətə dair risklərin idarə olunmasının əsas prinsipləri aşağıdakılardır:
– keyfiyyətə dair risklərin qiymətləndirilməsi elmi biliklərə, həmçinin prosesə dair təcrübəyə əsaslanmalıdır və xəstənin sağlamlığının qorunması ilə birbaşa əlaqədardır;
– keyfiyyətə dair risklərin idarə olunması prosesi zamanı görülən işlərin həcmi, rəsmiləşdirmə və sənədləşdirmə dərəcəsi riskin səviyyəsinə uyğun olmalıdır.