Dekabrın 17-də baş verən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leyhtenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda qeyd edilib ki, terror aktını törətməkdə şübhəli sayılanlardan biri Özbəkistan vətəndaşıdır. General Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb. Saxlanılan şəxs müstəntiqin yanına gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.
Kirillov və Polikarpovun qətlində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşı dindirilmə zamanı bildirib ki, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb olunub və generalın yaşadığı evin girişində skuterə partlayıcı qurğu quraşdırıb.
O, həmçinin binanın həyətindəki karşerinq avtomobilinə kamera yerləşdirib. Həmin avtomobildən görüntülər Dnepr şəhərinə yayımlanıb.
General və köməkçisi evdən çıxan kimi partlayıcı qurğu uzaqdan işə salınıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti dekabrın 18-də Moskvada yaşadığı evin qarşısında partladılaraq öldürülən Rusiya Silahlı Qüvvələrinin qoşun rəisi general-leytenant İqor Kirillovun qətlini törədən şəxsin tutulması ilə bağlı məlumat yayıb. Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı saxlanılıb.
Dindirilmə zamanı məlum olub ki, Kirillov və onun köməkçisinə qarşı terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilib. Özbəkistan vətəndaşına 100 min dollar mükafat və Avropa İttifaqı ölkələrindən birində yaşamaq vəd edilib.