Keyfiyyəti İdarəetmə Sisteminin qurulması, effektiv şəkildə tətbiqi, monitorinqi və qorunub saxlanması daxil olmaqla İstehsalat, Keyfiyyətin yoxlanılması və aidiyyəti üzrə Keyfiyyətə təminat və ya Keyfiyyət bölmələrinin rəhbərlərinin bir qayda olaraq məhsulun keyfiyyətinin təmininə dair müəyyən ortaq cavabdehlikləri var.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Bu cavabdehliklərə aşağıdakılar aid edilə bilər:
– edilən düzəlişlər də daxil olmaqla yazılı prosedurların və digər sənədlərin razılaşdırılması və təsdiqi;
– istehsalat mühitinin monitorinqi və yoxlanılması;
– müəssisədə gigiyena tələblərinə əməl olunmasına nəzarət;
– proseslərin validasiyası;
– təlimlər;
– başlanğıc və qablaşdırma materiallarının təchizatçılarının təsdiqi və monitorinqi;
– müəssisə ilə müqavilə əsasında çalışan istehsalçıların və ümumilikdə EİT ilə əlaqədar fəaliyyətləri həyata keçirən subpodratçıların təsdiqi və monitorinqi;
– material və məhsulların saxlanma şəraitlərinin təyini və monitorinqi;
– qeydlərin saxlanması;
– EİT tələblərə uyğunluğun monitorinqi;
– məhsulun keyfiyyətinə təsir edə biləcək faktorların monitorinqi məqsədi ilə təftişin, araşdırmanın və nümunələrin götürülməsinin həyata keçirilməsi;
– proseslərin funksionallığı, məhsulun keyfiyyəti və Keyfiyyəti İdarəetmə İstemi ilə bağlı rəhbərlik tərəfindən təhlillərdə iştirak etmək və daimi inkişafa dəstək olmaq;
– vaxtında və effektiv informasiya mübadiləsinin təmini və keyfiyyətlə bağlı problemlər barədə aidiyyəti rəhbər şəxsləri məlumatlandırmaq.