Qəbuldan sonra verilən SERİYA

18 Dekabr 2024, 06:10

Yarımfabrikatlar, aralıq və ya hazır məhsullar da daxil olmaqla bütün başlanğıc materialların, ilkin, ikinci və çap edilmiş qablaşdırma materiallarının hər bir qəbulu ilə bağlı yazılı prosedurlar və qeydlər mövcud olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Qəbula dair qeydlərə aşağıdakilər aiddir:

– qablaşdırmanın üzərində və fakturada materialın adı;

– əgər “5.31.2” bəndində göstərilənlərdən fərqlidirsə, materialın istehsalçıya aid (müəssisədaxili) adı və kodu;

– qəbul tarixi;

– təchizatçının və istehsalçının adı;

– istehsalçının seriya və ya istinad nömrəsi;

– qəbul olunan materialların ümumi miqdarı və qablaşdırmaların sayı;

– qəbuldan sonra verilən seriya nömrəsi;

– hər hansı qeyd.