Aksiz aksizli malların satış qiymətinə daxil edilən vergidir.

ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı  nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur. Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsi ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir. Vergi Məcəlləsinin 190.1.1 – 190.1.3-cü maddələrində göstərilən aksizli mallar Azərbaycan Respublikasının ərazisində istehsal və ya ölkəyə idxal edildikdə aksizlər həmin mallar üçün məcburi nişanın alındığı vaxt ödənilir