Bakıda “Neolit” şadlıq evində baş verən yanğın söndürülüb.

FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

saat 10.08

Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğın ba. verən obyekt  “Neolit” restoranıdır.