Binaların vestibül və sonuncu mərtəbə döşəmələri arasındakı səviyyə fərqi 12 m və daha çox olduqda, əhalinin gediş-gəlişi daimi olan binalarda isə bu səviyyələrin fərqi 9 m və daha çox olduqda sərnişin liftləri nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Binaların ikinci və ondan yuxarı  mərtəbələrində əlillər üçün nəzərdə tutulmuş yerləşgələr mövcud olduqda liftlər layihə tapşığına uyğun olaraq nəzərdə tutulur.