Şəhər (rayon) icra hakimiyyəti orqanlarının inzibati binalarında otaqların  sahələrinin yolverilən maksimal ölçüləri “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, onların struktur və ştat vahidlərinin sayı müəyyən olunmaqla bu Normaların Əlavə 2-sinin tələbləri əsasında təyin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Məlumat hesablama texnikası və rabitə vasitələri üçün otaqların tərkibi və sahəsi, eləcə də ona olan tələblər  layihə tapşırığına əlavə edilmiş xüsusi texniki tapşırıqlarla təyin olunmalıdır.