“Qeyri-bank ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesabların dövriyyəsi və qalıqları haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-8 – Əlavə №25) hesabat dövrü üzrə qeyri-bank ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesabların aid olduğu bankın adı və hesab nömrəsi qeyd edilməklə dövriyyəsi və qalıqları haqqında məlumat əməliyyat günləri üzrə əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Qeyri-bank ödəniş xidməti təchizatçısının ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaiti bir neçə ayrı hesabda saxlanarsa müvafiq hesabat hər bir hesab üzrə ayrıca təqdim edilməlidir.