Azərbaycan dövləti  əzmkar ordusu ilə aid olduğu torpaqları, ərazi bütövlüyünü bərpa etdi. İndi isə sıra tarix boyu “Dağlıq Qarabağı geri alacağıq” kimi dua bəxş edən mesajların “Dağlıq Qarabağ Azərbaycan torpaqlarına yəni aid olduğu yerə birləşdi” mesajlarının bir birini əvəz etməsindədir. Həmçinin Ermənistan dövlətinin konstitusiya məcəlləsi dəyişdirilməlidir. Çünki həmin konstitusiyada 30 illik Dağlıq Qarabağla bağlı müddəalar qeyd olunmuşdur. Lakin hal hazırda ki zamanda o müddəalar heç bir əsas bəxş etmir. Onu da qeyd edək ki orda yer almış müstəqillik bəyannaməsinin də hal hazırda ki dövrlə heç bir əlaqəsi yoxdur. Şərtlər və reallıq da olan vəziyyətlə birgə o konstitusiya aktı dəyişdirilməlidir. Bu bizim istəyimiz deyil, həmin konstitusiyanın dəyişdirilməsi obyektiv bir şərtdir. Ümumi qətnamələr onsuz da hər bir cəhətdən sübut etmişdir ki ,bu zamana kimi Ermənistan dövlətinin bəyan etdiyi ərazi iddiaları yersiz və əsilsizdir. Tarixi və hüquqi faktları saxtalaşdırmaqları zatən başından bəri  qanun pozuntusudur. Bu  şərait içində hal hazırda məğlub dövlət kimi əsasnamə və dövlət idarəçilik sənədlərində keçmişə bənzər əsilsiz iddiaların yer aldığı müddəaları yığışdırmaq ən doğru addım olar. Dağlıq Qarabağ həm etnos cəhətdən həm də tarixi cəhətdən bütün sübutlarla Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmuş və axır əvvəl də aid olduğu yerə əxz olunmuşdur. Bu minvalla şərtlər gərəyi ilə Ermənistan dövləti aid olduğu və hökmü keçdiyi daxili işlərində keçmişə köklədiyi qaydalarda köklü dəyişikləri etməlidir. Bu tək Azərbaycanın yox bütün sülhməramlı qüvvələrin obyektiv şərtidir!

Nərmin Xanbutayeva    

Azərbaycan Dillər Universiteti