İri magistral arteriyaların qan dövranının və funksiyalarının tam bərpa olunması ilə nəticələnən yaralanmalarından və digər zədələnmələrindən sonra “Xəstəliklər cədvəli”nin I–II qrafaları üzrə şəhadətləndirilənlərin barəsində “c” bəndi, III qrafa üzrə şəhadətləndirilənlərin barəsində isə “ç” bəndi tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.