Seriyaya dair sənədlərin tərkib hissəsi olan məlumatlarla yanaşı laborator jurnallarda qeyd olunan məlumatlar da saxlanmalı və əlçatan olmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Nümunələrin götürülməsi aşağıdakıları təsvir edən yazılı prosedurlara əsasən həyata keçirilməli və qeydiyyatı aparılmalıdır:

– nümunələrin götürülmə üsulu;

– istifadə olunacaq avadanlıq;

– götürüləcək nümunələrin miqdarı;

– nümunələrin tələb olunan hər hansı bölünməsinə dair təlimat;

– nümunələrin götürülməsi üçün istifadə edilən qabın növü və vəziyyəti;

– nümunələr olan qabların identifikasiyası;

– əməl olunması tələb olunan hər hansı xüsusi ehtiyat tədbirləri, xüsusilə də steril və zərərli materialların götürülməsi zamanı;

– saxlanma şəraiti;

– nümunələrin götürülməsi üçün istifadə edilən avadanlıqların təmizlənməsinə dair təlimatlar.