Özünəxidmət terminalları ödənişləri ödəniş kartı ilə qəbul etmə funksiyasına əsasən təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Elektron pul sahibləri və onların apardığı əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-4 – Əlavə №21) elektron pul sahiblərinin dövrün sonuna olan sayı, hesabat dövrü ərzində aparılan əməliyyatların sayı və həcmi əks etdirilir. Hesabat formasının “Məxaric əməliyyatları aparmış elektron pul sahibləri” hissəsi kart əsaslı və kart əsaslı olmayan (şəbəkə əsaslı) elektron pul üzrə olmaqla eyniləşdirilən və eyniləşdirilməyən elektron pul sahibləri üzrə təsnifləşdirilir.