Qeydi maddi aktivlərin DƏYƏRİ

19 Dekabr 2024, 00:41

Mənfəət vergisi bəyannaməsi ilə həmin bəyannamənin 1 saylı Əlavəsinin uzlaşdırılması üzrə Mənfəət vergisi bəyannaməsinin “Səhmlərin və iştirak paylarının satışından əldə edilmiş gəlir sətrində göstərilən məbləğin Əlavənin “Emissiya gəlirləri” sətrinin “dövr üzrə daxil olmuşdur” sütunu ilə üzləşdirilməsi, fəaliyyət sahələrinə müvafiq olaraq mənfəət vergisi bəyannaməsinin “Malların təqdim edilməsindən gəlir” sətrindəki məbləğ ilə Əlavənin “Qeydi maddi aktivlərin dəyəri”, “Hazır məhsul”, “Mallar” və “Sair ehtiyatlar” sətirlərinin “Təqdim edilmişdir” və ”Silinmişdir” sütunlarındakı göstəricilərin toplanmasının nəticəsi ilə üzləşdirilməsi, mənfəət vergisi bəyannaməsinin “Ümumi gəlir” sətrindəki məbləğdən “Xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi” ilə “Vergilərin uçot metodunun dəyişməsindən yaranan keçmiş illərin gəliri” sətirləri çıxılmaqla alınan nəticənin bəyannamənin 1 nömrəli əlavəsinin “Sair debitor borclar” sətrinin “Dövr ərzində daxil olmuşdur” sütunu ilə üzləşdirilməsi araşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.