ABŞ dövlər katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi katibi Barbara Lif, Suriya üzrə baş məsləhətçi təyin edilmiş Daniel Rubinşteyn və ABŞ Prezidentinin girovlar üzrə xüsusi nümayəndəsi Rocer Karstensin yer aldığı ABŞ diplomatlarından ibarət nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.
Heftelik.az-ın məlumatına görə, görüşlər zamanı ABŞ-ın Həyat Təhrir əş-Şam lideri Əbu Məhəmməd əş-Colani (Əhməd əl-Şaara) ilə bağlı vəd edilmiş 10 milyon dollar mükafatla bağlı qərarın ləğv ediləcəyini də nəzərə çatdırılıb.
ABŞ nümayəndə heyətinin Dəməşqdə planlaşdırdığı mətbuat konfransının isə təhlükəsizlik səbəbindən ləğv edilib.