Alınmış AVANSLAR

20 Dekabr 2024, 00:28

Mənfəət vergisi bəyannaməsinin “Ümumi gəlir” sətri ilə “Vergilərin uçot metodunun dəyişməsindən yaranan keçmiş illərin gəliri” sətrinin fərqindən alınmış nəticə ilə bəyannamənin 1 nömrəli əlavəsinin “Alınmış avanslar” və “Gələcək dövrün gəlirləri” sətirləri üzrə “Təqdim edilmişdir” və “Silinmişdir” sütunlarının cəminin nəticəsindən kiçik olmamalıdır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” və “Malın dəyəri” sətirlərindəki material xərclərinin cəmi ilə əlavənin “Hazır məhsul”, “Mallar” və ”Sair ehtiyatlar” sətrlərinin “Təqdim edilmişdir”, “Silinmişdir” sütunlarındakı göstəricilərin cəmi ilə üzləşdirilməlidir.