Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb.

Heftelik.az-ın məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri v.m.i.e. (müvəqqəti icra edən) Bəhruz Əzimov Fondun 3 illik fəaliyyətinə dair keçirilən media brifinqdə deyib.

Qeyd olunub ki, kreditlərdən yararlanan 6 500-dən çox tələbə məzun olduqdan sonra götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə artıq geri ödəməyə başlayıb.

Bundan başqa, sosial təhsil tələbə krediti (TTK) alan 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. 400-ə yaxın standart TTK alan məzunda isə bu güzəşt 25 % təşkil edib.

Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanan vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib.