Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.